Cəmİyyət

Bakının məşhur körpülərindən biri sökülür

Bakının məşhur körpülərindən biri sökülür

"28 May” küçəsindəki dəmiryol körpüsü bu gündən sökülür.

 

 

Sfera.az bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb.

Qeyd edək ki, 28 may küçəsində yerləşən körpüdən əvvəllər dəmiryolu xətti keçib. Lakin bu xətt hazırda fəaliyyət göstərmir və körpünün ərazidə yerləşməsi heç bir əhəmiyyət daşımır. Əksinə sürücülərin və sərnişinlərin hərəkətinə maneə yaradır. Hərəkətə maneə yaradan əsas səbəb isə körpünün dayağının yolun hərəkət zolağının üzərinə düşməsidir. Körpü söküldükdən sonra, məsələ həllini tapacaq.

Söküntü işlərinin martın 9-u axşam saatlarına qədər aparılması nəzərdə tutulub.

Körpünün sökülməsi ilə əlaqədar avtomobillərin sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi ilə hərəkəti məhdudlaşdırıldığından bəzi müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də dəyişdirilib. Belə ki, 1, 2, 4, 21, 30, 32, 46, 49 və 175 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdirilərək alternativ küçələrdən, yəni Üzeyir Hacıbəyov, Kövkəb Səfərəliyeva və Puşkin küçələri ilə təşkil ediləcək. (yeni sabah)

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930