Cəmİyyət

Bakıya tramvaylar gətirilə bilər?

Bakıya tramvaylar gətirilə bilər?
 Tramvaylar havanın çirklənməsi baxımından ən təhlükəsiz nəqliyyat vasitələrindən hesab olunur. Bizim də bu baxımdan təhlükəsiz nəqliyyat vasitələrindən istifadə etmək planımız var.

Sfera.az verir ki, bu barədə "AVTO FM” radiosunun efirində qonaq olan Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi Nahid Quliyev deyib.

"Bunu birdən-birə etmək olmaz. Tutalım, Bakıya elektrikli avtobusların gətirilməsini planlayırıq. Bunun üçün onların doldurulacağı yerlər olmalıdır. Tramvaylar da sevdiyimiz nəqliyyat növüdür. Gələcəkdə tramvayları da Bakıya gətirmək barədə planlarımız var. Bu istiqamətdə araşdırmalar aparırıq. Daha yeni formatda tramvayların gətirilməsi ilə bağlı strategiyaları izləyirik. Bu istiqamətdə qabaqcıl ölkələrin də təcrübəsini izləyib istifadə edirik. Ümid edirəm ki, yaxın dönəmdə bu tramvayları Bakıda da görə bilərik”, - deyə agentlik nümayəndəsi bildirib.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031