Sağlıq

Banan alarkən diqqətli olun

Banan alarkən diqqətli olun

Sağlamlığınız üçün ən faydalı bananların hansılar olduğunu bilirsinizmi?

Yaşıl, sarı, yoxsa qəhvərəngli bananlar?

Sfera.az axşam.az-a istinadən sizə bu meyvələrin hansının daha yararlı olduğundan bəhs edəcək.

Yaşıl banan tam yetişməmiş meyvədir. Həzm edilməsi çətindir, faydası azdır. Sarı və qəhvərəngli bananlar isə yetişmiş hesab edilir. Əksəriyyət valideynlər üzərində tund ləkələr olan bananı xarab olmuş hesab etdiyi üçün almır. Ancaq əksinə, ən güclü antioksidant tərkibə malik məhz bu bananlardır.

Bu cür meyvə həzm sisteminə yaxşı təsir edir. Tərkibindəki nişasta orqanizm tərəfindən daha yaxşı mənimsənilir. Bundan əlavə, "xallı" bananlar digərlərinə nisbətən potasyumla daha çox zəngindir. Bu da xüsusilə uşaqların zehni inkişafı üçün çox vacibdir.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930