Cəmİyyət

Bank Respublika həssas əhali qruplarının özünüməşğulluğuna dəstək verdi

Bank Respublika həssas əhali qruplarının özünüməşğulluğuna dəstək verdi
 
Bank Respublika, ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun
təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək verdi.
Belə ki, Bank bu məqsədlə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali
qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair
Memorandumuna qoşulmuşdur.
Memoranduma uyğun olaraq, Bank, Bakı şəhərində və regionlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan
işsiz şəxslərə, o cümlədən əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə iqtisadiyyatın
müxtəlif sahələri üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq material,
avadanlıq və digər əmlakları təqdim etmişdir.
"Bank Respublika, Prezident İlham Əliyevin Azərbaycanda fəaliyyət göstərən özəl banklara
özünüməşğulluq proqramına qoşulmaqla bağlı çağırışına daha öncə digər məsələlərdə olduğu kimi böyük
məmnuniyyətlə dəstək vermişdir. Ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafına hər zaman dəstək
olan Bank Respublika, korporativ sosial məsuliyyət proqramlarına da hər zaman böyük önəm vermişdir. Biz
inanırıq ki, proqramın iştirakçıları verilən dəstək sayəsində gələcəkdə daha böyük sahibkara çevrilə
biləcəklər. Bu isə, eyni zamanda gələcəkdə yeni iş yerlərinin yaradılması, sosial rifahın yüksəldilməsinə
yardımçı olacaq”. deyə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında , facebook səhifəsində və ya 144 nömrəsinə zəng
edərək əldə edə bilərsiniz.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930