İdman

"Barselona"nın futbolçuları maaşlarının azaldılmasını rədd etdi

 

İspaniyanın "Barselona" klubunun rəhbərliyi maaşların azaldılması tələbi ilə yenidən futbolçulara müraciət edib. 

Sfera.az  xəbər verir ki, klub prezidenti Xosep Bartomeu rədd cavabı alıb. Futbolçular ikinci dəfə maaşlarının azaldılmasına qarşı çıxıblar. Onlar fikirlərini La Liqanın gələn həftə bərpa olunacağı ilə əsaslandırıblar.  

Artıq Kataloniya təmsilçisi ilə oyunçuların ilkin razılıq müddəti başa çatmaq üzrədir. 3 ay ərzində klubun futbolçuları maaşlarının 17 faizindən məhrum olub. Bu səbəbdən, "Barselona" 40 milyon avrodan çox qənaət edib. 

Qeyd edək ki, "Barselona"da daha öncə maaşların 70 faiz azaldıldığı bəlli olub. Martda koronavirus pandemiyası səbəbindən dayandırılmış İspaniya La Liqasının iyunun 11-də bərpa olunacağı açıqlanıb.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031