No image
Cəmİyyət

Baş nazirdən tələbələrə təqaüdlərin verilməsi qaydası ilə bağlı QƏRAR

Baş nazirdən tələbələrə təqaüdlərin verilməsi qaydası ilə bağlı QƏRAR
 Nazirlər Kabineti "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edib.

Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, akademik borcu yaranmış və akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni (fənləri) dinləmədən imtahan verib müvəffəq qiymət almış tələbə də növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilir.

Təqaüd almaq hüququnu qazanmış tələbələrə təqaüdlər (birinci tədris ilinin birinci semestri istisna olmaqla) fənlər üzrə göstəricilərinə görə aşağıdakı kimi müəyyənləşdirilir:

- fənlər üzrə göstəriciləri 91-100 bal olan tələbələrə "əlaçı” təqaüdü;

- fənlər üzrə göstəriciləri 71-100 bal olan tələbələrə "həvəsləndirici” təqaüdü. Bu halda ən azı bir fəndən akademik göstəricisi 91-100 olmalıdır;

- fənlər üzrə göstəriciləri 51-100 bal olan tələbələrə "adi” təqaüd.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930