Sİyasət

Baş redaktordan İran hökumətinə və güneyli soydaşlarımıza çağırış: “İmkan verməyin…”

Baş redaktordan İran hökumətinə və güneyli soydaşlarımıza çağırış: “İmkan verməyin…”

İran İslam Respublikası üzərindən erməni tərəfinə silah-sursat daşınması haqda informasiyalar intensivləşib.


Xatırladım ki, İranın rəsmi dairələri bu tip xəbərləri birmənalı şəkildə təkzib edir. Bununla belə istər sosial şəbəkələrdə, istəsə də beynəlxalq və yerli mediada İran üzərindən erməni tərəfinə silah ötürülməsi haqda ciddi siqnallar gəlməkdədir.

Həmin məlumatlarda o da vurğulanır ki, Erməni tacirləri İran ərazisindən keçməklə qanunsuz silah daşınması ilə məşğuldur.

Ümid etmək istərdik ki, İranın rəsmi dairələri bu qəbildən olan məlumatları dərindən araşdıracaq və bu kimi hallara qarşı mübarizə tədbirləri gücləndiriləcək.

Mehriban qonşuluq prinsiplərinə sadiq qalan Azərbaycan tərəfi bu günə qədər elə bir imkan yaratmayıb ki, hansısa üçüncü ölkə Azərbaycan ərazisindən İrana zərər yetirsin. Ümid edirəm ki, bunu İranda da unutmayıblar. İndi isə növbə İranındır!

İranda yaşayan çoxmilyonlu soydaşlarımızın isə bu mövzuda həssas və diqqətli olmaları arzu ediləndir. Unudulmamalıdır ki, İran üzərindən daşınılan həmin silahlarla canı bir, qanı bir, dili bir, dini bir qardaşlarınızı öldürməyə çalışacaqlar.

Tarix isə bunu bağışlamaz!




 

Ozal Məmmədov

Sfera.az saytının baş redaktoru

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031