AKTUAL

“Bazarstore”də yeni aldatma üsulu: Kassada bir malı iki dəfə vururlar? - FOTOFAKT

“Bazarstore”də yeni aldatma üsulu: Kassada bir malı iki dəfə vururlar? - FOTOFAKT

Əli Bağırzadə adlı istifadəçinin Facebookdakı "Müştəriyəm Şikayətim Var” qrupuna şikayəti var.


Sfera.az şikayətçinin məktubunu oxucularına təqdim edir:


"Yazım həm şikayət, həm də məlumat xarakterlidir. Dünən Xırdalandakı "Bazarstore”dən alış-veriş etdim. Qəbzdən göründüyü kimi, aldığım bananın qimətini 2 dəfə vurublar. Xəzinədar qəbzi vermək istəmirdi, mən tələb edəndən sonra verdi, mən də baxmadan paketə atdım. Evdə baxıram ki, eyni məhsulu 2 dəfə vurub”.


Sosial şəbəkə itifadəçilərini ayıq-sayıq olmağa səsləyən şikayətçi fikrini belə davam etdirib: "Bəlkə xəzinədar bunu yanlışlıqla edib, bəlkə də bu yeni aldatma üsuludur, deyə bilmərəm. Amma məsləhət görürəm ki, mənim kimi aldanmayasınız deyə, istəyir sırada 100 nəfər olsun, mütləq qəbzinizi tələb edib incələyin.

Evim "Bazarstore”dən uzaq olduğu üçün dünən qayıtmadım, amma bu gün qayıdıb pulumu tələb edəcəyəm, görüm nə olur.”



 

 

Selcan

Sfera.az

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930