Gündəm

Bəhram Bağırzadənin səhhəti barədə SON XƏBƏRDOSTU DANIŞDI

Bəhram Bağırzadənin səhhəti barədə SON XƏBƏR — DOSTU DANIŞDI
 Koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadənin hazırda Mərkəzi Gömrük Hospitalında müalicəsi davam edir.
 

Məsələ ilə bağlı "Ölkə.Az”ın əməkdaşı Bəhram Bağırzadənin dostu, jurnalist Sənan Şəfizadə ilə əlaqə saxlayıb. O,  Əməkdar artistin son vəziyyəti barədə məlumat verib.

"Son məlumat kimi onu deyə bilərəm ki, EKMO aparatına qoşulandan sonra onun vəziyyəti cüzi stabilləşib. Bəhramın sağalması üçün həkimlər əllərindən gələn koməyi əsirgəmirlər, mütəmadi xaricdəki həmkarlarıyla lazımi məsləhətləşmə aparırlar. Dövlət Bəhram Bağırzadənin durumunu öz nəzarətinə götürüb. Bəhramı hamı çox istəyir, ona görə onun tezliklə ayağa qalxması üçün dua edirik”,- deyə o, qeyd edib.

Əməkdaşımızın "Yaxınlarının onu görməsi üçün yanına buraxırlar, yoxsa həkimlər buna icazə vermir?” sualına S. Şəfizadə belə cavab verib.

"Bu barədə heç bir məlumatım yoxdur. Biz ancaq həkim və tibbi personalla telefon əlaqəsi yaradırıq”.

Daha sonra o, sonuncu dəfə Bəhram Bağırzadə ilə şənbə günü ünsiyyətdə olduğunu deyib.

"Ötən həftə Bəhramla telefonda danışanda özünü yaxşı hiss etdiyini, narahatlığa heç bir səbəbin olmadığını bildirdi. Mən də ona inandım. Sonradan vəziyyətinin ciddi olduğu məlum oldu. Demək olar ki, onunla hər gün danışırdıq. Şənbə günü mənə bir müddət telefona cavab verə bilməyəcəyini söylədi. Daha sonra isə vəziyyətinin ağırlaşdığını və Mərkəzi Gömrük Hospitalına yerləşdirildiyini öyrəndim”. 

Sənan Şəfizadə Bəhram Bağırzadəni xəstəliyi ilə özünü reklam etməkdə günahlandıranlara da ismarıc yollayıb.

"Bəziləri elə bilir Bəhram bununla özünü reklam edir, insan özünü sağlamlığı ilə necə reklam edə bilər? Bu cür sözləri yayanlara demək istəyirəm ki, onun heç bir reklama ehtiyacı yoxdu”.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb. Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.

Xatırladaq ki, Əməkdar artistinin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir.


XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031