İdman

"Belə məğlubiyyətlər insanı ağrıdır"

İspaniya kubokunun 1/4 final mərhələsində "Real Madrid" evdə "Real Sosyedad"a 3:4 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

Sfera.az matc.az-a istinadla xəbər verir ki, görüşün ardından Madrid təmsilçisinin baş məşqçisi Zinəddin Zidan oyun barədə fikirlərini bildirib:

"Məğlub olduğumuz üçün çox məyusuq. İlk hissədə yaxşı oynaya bilmədik. İkinci hissə isə biraz düzəldik. Sona qədər mübarizə apardığımızı deyə bilərəm. Oyunda dəyişiklik etmək üçün bacardığımızı etdik. Məncə, əvəzetmələrdə səhvə yol verməmişik. Ancaq yenə də qalib gələ bilmədik. Bilirəm ki, belə məğlubiyyətlər insanı ağrıdır".

Qeyd edək ki, "Real Madrid"lə yanaşı, "Barselona" da səfərdə "Atletik"ə 0:1 hesabı ilə uduzaraq ölkə kubokunda mübarizəni dayandırıb.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031