AKTUAL

Beynəlxalq Banka sədr müavini təyin olundu

Beynəlxalq Banka sədr müavini təyin olundu

"Azərbaycan Beynəlxalq Bankı”nda yeni təyinatlar olub.

İlham Həbibullayev "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

1977-ci il təvəllüdlü İlham Həbibullayev 1997-ci ildə BDU-nun Tarix fakültəsini bitirib. 2001-ci ildə İstanbul Universitetinin Sosial Elmlər İnstitutunda magistr dərəcəsi alıb. 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsindən məzun olub. Bank sektorunda 20 illik təcrübəyə malik İlham Həbibullayev ayrı-ayrı banklarda müxtəlif vəzifələrdə çalışıb. 2010-2017-ci illərdə "Exspressbank” ASC-nin İdarə Heyəti sədrinin müavini, 2017-ci ildən 2019-cu ilin sentyabrına qədər həmin bankın İdarə Heyətinin sədri olub. Son təyinata qədər Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin strateji layihələr üzrə müşaviri vəzifəsində çalışıb.

Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının daha bir qərarı ilə Taleh Tahirli Bankın İdarə Heyətinə üzv qəbul edilib.

Taleh Tahirli 1981-ci ildə anadan olub. 2003-cü ildə Bakı Mühəndislik Universitetinin Biznesin təşkili və idarəedilməsi fakültəsini bakalavr pilləsi üzrə bitirib. 2006-cı ildə İsveçin Gothenburg Universitetinin Biznes və İqtisadiyyat Məktəbində menecment üzrə magistr dərəcəsi alıb.

2007-2015-ci illərdə "Unibank” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2015-2018-ci illərdə bankın Pərakəndə bankçılıq və marketinq üzrə direktoru, İdarə Heyəti sədrinin müavini olub. 2019-cu ilin iyulundan Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, bankın Baş transformasiya inzibatçısıdır.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930