İdman

Beynəlxalq Velosipedçilər İttifaqı yarışları dayandırdı

Beynəlxalq Velosipedçilər İttifaqı yarışları dayandırdı
 Koronavirus epidemiyası səbəbindən Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) xüsusi risk qrupuna aid edilən ölkələrdə bütün növlər üzrə velosiped yarışlarının martın 15-dən etibarən ən azı aprelin 3-dək dayandırılması barədə qərar qəbul edib.
 
Qurumdan Sfera.az-a verilən məlumatda deyilir ki, virusun yayılmasının qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələri əsas götürülüb və idman prinsiplərinin qorunmasına xüsusi diqqət yetiriləcək. Belə ki, bu müddət ərzində risk qrupuna aid edilməyən ölkələrdə təşkil edilən yarışlar zamanı qazanılacaq reytinq xalları nəzərə alınmayacaq.
 
Bundan başqa, Beynəlxalq Velosipedçilər İttifaqı Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarına lisenziya xalları verən növlər üzrə yarışların (dağ velosipedi, BMX Racing, BMX Freestyle və şose paravelosipedi) vaxtının dəyişdirilməsi və lisenziya sahibləri üçün son müddət tarixinin bir qədər geriyə çəkilməsi məqsədilə Beynəlxalq Olimpiya və Paralimpiya Komitələrinə də müraciət ünvanlayıb.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930