No image
Cəmİyyət

Biləsuvarın deputatı danışdı: “Yıxılanı baltalamaq bizə yaraşmaz”

Biləsuvarın deputatı danışdı: “Yıxılanı baltalamaq bizə yaraşmaz”
"Səlahiyyətlərimin icrasına başlayandan bəri Biləsuvar sakinlərindən müxtəlif məzmunlu çoxsaylı şikayətlər almışdım və belə məktublar bu gün də gəlməkdədir. İstisnasız olaraq bütün şikayətləri aidiyyatı strukturlara araşdırmaq üçün göndərmişəm, göndərməkdəyəm də. Bu mənim qanun və seçicim qarşısında öhdəliyimdir, Biləsuvar insanın səsi olmaq mənim vəzifə borcumdur".
 
Sfera.az-ın xəbərinə görə, bunu 66 saylı Biləsuvar seçki dairəsinin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, hakimiyyətin fərqli qollarının nümayəndələri kimi sabiq icra başçısı Mahir Quliyevlə yalnız işgüzar münasibətləri olub: "Son həftələrdə isə onun səhhətində ciddi problemlərlə əlaqədar, mənəvi amilləri əsas tutaraq ardıcıl bir neçə dəfə telefonla danışmışdıq. Söhbətlərdə şikayətlərin çoxluğunu onun, habelə İcra Hakimiyyətinin digər rəhbər işçilərinin diqqətinə çatdırmışam. Habelə, "Facebook” səhifəmdə canlı yayımlar zamanı mövqeyimi aydın formada ifadə etmişəm. O ki qaldı DTX-nın əməliyyatına, məsələ kifayət qədər sadədir, cənab Prezidentin qoyduğu tələblərə məhəl qoymayan, qanunları tapdalayan istənilən dövlət məmuru təbii ki, cəzalanacaq. Biləsuvarda da belə oldu, bu işdə nə deputatın, nə də başqasının rolu olub, bu, yalnız və yalnız cənab Prezidentin iradəsidir. Fürsətdən istifadə edib, medianı bu məsələlər ətrafında manipulyasiya etməməyə çağırıram. Başqa şaiyə və fikirlərə əhəmiyyət verməyin. İkincisi, bildiyiniz kimi, sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 308, 311 və 179-cu maddələrinin müvafiq bəndləri üzrə cinayət işi açılıb, lakin məhkəmənin yekun hökmü yoxdur, təqsir məhkəmə qaydasında sübut olana qədər ifadələrimizdə ehtiyatlı olaq. Və sonda, aydındır ki, pozuntu bir günün işi deyil, problemləri indiyədək yazmaq lazım idi, əks halda, necə deyərlər, daldan atılan daş topuğa dəyər. Yıxılanı baltalamaq bizə yaraşmaz, bu ölkədə hüquq var, qanun var, əmin ola bilərsiniz ki, hər kəs əməlinə görə zatən cəzasını alacaq".

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930