Maraqlı

Bill Qeyts dünyanın koronavirusdan qurtulacağı tarixi açıqladı

Bill Qeyts dünyanın koronavirusdan qurtulacağı tarixi açıqladı
 

Koronavirus pandemiyasını yalnız iki il yarım sonra dayandırmaq mümkün olacaq. 

Sfera.az  "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Microsoft"un təsisçisi Bill Qeyts "Wired"ə müsahibəsində deyib.

"Məndə belə təəssürat yaranır ki, biz, zəngin dünya, əsasən, 2021-ci ilin sonuna bunun öhdəsindən gələcəyik, bütövlükdə dünya isə bunu 2022-ci ilin sonuna qət edəcək", - Qeyts qeyd edib.

Eyni zamanda, milyarderin sözlərinə görə, pandemiya malyariya, poliomielit və HİV ilə mübarizə aparmaq üçün dərman axtarışında irəliləyişi əhəmiyyətli dərəcədə yavaşlayıb.

 

"2020-ci ilin əvvəlində olduğumuz vəziyyətə qayıdacağımıza qədər illər ötəcək. Bu, Birinci və İkinci Dünya müharibələri deyil, lakin bütün sistem üçün mənfi hadisələrin miqyası müqayisə edilə bilər", - Qeyts deyib.

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930