No Image
No Image

Bir qrup cinayətkar həbs edildi

Bir qrup cinayətkar həbs edildi
 
Qətllərdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

Sfera.az "Real TV"yə istinaədən xəbər verir ki, polis və prokurorluq orqanları tərəfindən birgə həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Hacıqabulda qadının qətlə yetirilməsində şübhəli bilinən şəxs Bakı şəhəri Səbail rayonu ərazisində saxlanılıb.

İyulun 30-da saat 10.00 radələrində Hacıqabul rayonu ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil magistral yolunun kənarında üzərində 1 ədəd kəsilmiş-deşilmiş xəsarəti olan naməlum qadın meyitin aşkar olunması barədə məlumat daxil olub. Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci yəni qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. İstintaqla mərhumun 1968-ci il təvəllüdlü Gülxara Qubadlıya olması müəyyənləşib.

Həmçinin elə həmin gün paytaxtın Səbail rayonu Z.Əliyeva küçəsində Masallı rayon sakinin 1999-cu il təvəllüdlü Əli Rəcəbzadəyə yaşadığı mənzildə naməlum şəxs tərəfindən kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkldaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Əli Rəcəbzadəyə bıçaqla xəsarətlər yetirməkdə şübhəli bilinən Hacıqabul rayonu Nəvai kənd sakini Hikmət Fərəcov saxlanılıb. Polis Bölməsində dindirilmə zamanı Hikmət Fərəcov iyulun 30-na keçən gecə Hacıqabul rayonu ərazisində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil magistral yolunun kənarında Gülxara Qubadlını qətlə yetirdiyini də etiraf edib. Hacıqabul rayonunda hadisəni törədəndən sonra o, qadının çantasındakı pulu da götürərək Bakı şəhərinə gəlib.
Bakı şəhərində isə o, sosial şəbəkələrdən birində tanış olduğu Əli Rəcəbzadənin evinə yollanıb. Hikmət Fərəcov özü ilə gətirdiyi bıçaqlda orada həmin şəxsə də xəsarətlər yetirib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən Hikmət Fərəcovuin ətrafında intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Polis bu iki şəxsi "Instagram"dakı paylaşımlarına görə tutdu - VİDEO

Sosial şəbəkələrdə profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan 2 nəfər saxlanılıb. Sfera.az xəbər verir ki, Baş Narkotiklərl...

Bakıda 50 manata görə gənci ürəyindən bıçaqlayan şəxs saxlanıldı – VİDEO

  Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində ürəyindən ağır bıçaq xəsarəti alan paytaxt sakini 26 yaşlı Musayev Orxan Elçin oğlu qaynının avtomobili ilə ...

Bakıda film kimi əməliyyat: 8 milyon manatlıq narkotik belə ələ keçirildi - VİDEO

  Respublikanın daxili işlər orqanları tərəfindən qara bazarda dəyəri 8 milyon manat olan 86 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz...

Polis bu rayonda əməliyyata başladı: Dəstə tutuldu - VİDEO

  Balakən polisi narkotik vasitələrin kultivasiyası ilə məşğul olanlara qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirib. Oxu24.com -un xəbərinə görə,...

Bir qrup cinayətkar həbs edildi

  Qətllərdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Sfera.az "Real TV"yə istinaədən xəbər verir ki, polis və prokurorluq orqanları tərə...

Şəkidə oğurluq edən şəxs saxlanıldı

 Şəkidə evdən qızıl oğurlayan şəxs tutulub.   Sfera.az "APA TV"yə istinadən xəbər verir ki, Polis Şöbəsinə şəhər ərazisində yerləşən evlərin birind...