Cəmİyyət

BNA: İctimai nəqliyyatda metodiki göstərişlərə uyğun addımlar atılır

BNA: İctimai nəqliyyatda metodiki göstərişlərə uyğun addımlar atılır
 

İctimai nəqliyyatda koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərdən irəli gələn məsələlərin həlli ilə bağlı tədbirlər planı hazırlanıb və buna uyğun olaraq addımlar atılmaqdadır.

Bu barədə Sfera.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumatda qeyd edilib ki, bu çərçivədə daşıyıcılara da məktub ünvanlanıb və onların qarşısında tapşırıqlar qoyulub:

"Eyni zamanda göstərişlərdə əksini tapan bir çox məsələlərin həlli ilə bağlı əvvəlcədən BNA tərəfindən tədbirlər görülüb. Avtobuslarda, dayanacaqlarda və nəqliyyat mübadilə mərkəzlərinin ərazisində sosial məsafənin qorunması, maska taxılmasını və piyada gəzməyi təşviq edən maarifləndirmə materiallarının yerləşdirilməsi ilə bağlı da tədbirlər həyata keçirilir. Hələ pandemiyanın ilk günlərində əhalinin sanitar-gigiyenik maarifləndirməsi işləri çərçivəsində bu sadalanan istiqamətlərdə ciddi işlər görülüb”.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031