No Image
No Image

Boris Yeltsinin ən yaxın adamına vəzifə verildi

Boris Yeltsinin ən yaxın adamına vəzifə verildi
Rusiya prezidenti Vladimir Putin Anatoli Çubaysı beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndə təyin edib.

Sfera.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Anatoli Çubays prezidentin xüsusi nümayəndəsi vəzifəsində dövlət qulluqçusu və prezident administrasiyasının əməkdaşı olmayacaq.

Xatırladaq ki, 65 yaşlı Anatoli Çubays 1991-ci ildə Rusiyada müxtəlif aparıcı vəzifələrdə çalışıb. 1990-cı illərdə ölkədəki iqtisadi islahatların ideoloq və rəhbərlərindən olub. 2000-ci illərdə Rusiyanın elektro-energetika sahəsində islahatlara başçılıq edib. 2008-ci ildə Rusiya Dövlət Nanotexnolgiya şirkətinin baş direktoru, 2011-ci ildən isə Rusiya Nano-Texnologiyalar Açıq Cəmiyyəti İdarə Heyətinin sədri olub.

Anatoli Çubays Rusiyanın ilk prezidenti Boris Yeltsinin ən yaxın adamlarındandır.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Qarabağdakı rusiyalı hərbçilər antiterror təlimi keçirlər

Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Rusiya sülhməramlıları ərazidəki müdafiə-müşahidə məntəqələrində müntəzəm olaraq təlimlər keçirlər. Sfera.az xəbə...

Vasif Talıbov bu məmura yeni vəzifə verdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdir müavini vəzifəsindən azad edilib. ...

İran xarici işlәr naziri Bakıya gəldi

İran xarici işlәr naziri Mәhәmmәd Cavad Zәrif Bakıya gəlib. Sfera.az-ın mәlumatına görә, İran xarici işlәr naziri Mәhәmmәd Cavad Zәrif Bakıda verdiyi açıq...

“Həmyerlimizin nəşinin yanvarın 26-da yola salınması planlaşdırılır” - XİN

Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun nəşi hazırda gəmi ilə Qa...

Koronavirusa yoluxanların sayı artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 287 yeni yoluxma faktı qeydə alınıb, 568 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər ver...

Deputatlar bu məsələlərə görə Strasburqa gedirlər

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhb...