Dünya

Böyük Britaniyaya ABŞ-dan koronavirus dərmanı gətiriləcək

Böyük Britaniyaya ABŞ-dan koronavirus dərmanı gətiriləcək
 Böyük Britaniya hökuməti koronavirusa qarşı peyvənd dərmanının tədarükünə dair ABŞ-ın iki şirkətilə müqavilələr imzalayıb.

Sfera.az xəbər verir ki, ölkəyə "Novavax” şirkətindən 60 milyon doz eyniadlı dərman, "Johnson Johnson” şirkətindən də 30 milyon doz "Janssen” dərmanı gətiriləcək

Bundan əvvəl Birləşmiş Krallıq Fransanın "Sanofi” və Böyük Britaniyanın "GSK” şirkətlərinin birgə istehsal etdikləri peyvənd dərmanından 60 milyon doz sifariş vermişdi.

"Reuters” xəbər verir ki, bütövlükdə indiyədək 66 milyon əhali üçün 342 milyon peyvənd dərmanı dozu gətirmək üçün 6 müqavilə imzalanıb. (report.az)

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930