Cəmİyyət

Millət vəkili "Böyüklərimizi qoruyaq!" aksiyasını uğurla davam etdirir - FOTOLAR

Millət vəkili
 "Böyüklərimizi qoruyaq!” adlı sosial aksiya Bakı şəhəri və Abşeron rayonunun ardından 50 saylı Abşeron-Qobustan seçki dairə üzrə millət vəkili Şahin Seyidzadənin təşəbbüsü və Qobustan rayon İcra Hakimiyyətinin dəstəyi ilə artıq Qobustan rayonunda da fəaliyyətə başlayıb.

Sfera.az xəbər verir ki, bununla bağlı, "Könüllü qərargahı” artıq öz işinə başlayıb. Qərargahın yaradılmasında əsas məqsəd Qobustan rayonu ərazisində yaşayan və yaşı 65-dən yuxarı olan tənha vətəndaşları sosial qayğı ilə əhatə etmək, onlara sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas təlabat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə lazimi köməklik göstərilməsidir. Könüllülərin və Dövlət Sosial Müdafiə Fondu Qobustan şöbəsinin Sosial xidmət sektorunun birgə dəstəyi ilə vətəndaşlara sosial xidmətlər göstərilib.

Həmçinin qeyd edək ki, artıq Qobustan rayonu üzrə İcra Hakimiyyətinin təşəbbüsü ilə 100-dən çox 65 yaşdan yuxarı şəxslərə qida məhsulları yardımı çatdırılıb.

Məlumat üçün bildirək ki, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və "Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə həyata keçirilən "Böyüklərimizi qoruyaq!” sosial aksiyası xüsusi karantin dövründə yaşı 65-dən yuxarı olan tənhalar üçün nəzərdə tutulub. Sosial xidmətçi və Təhsil Nazirliyinin "Bir” Tələbə-Könüllü proqramının tələbə-könüllüləri çağrı mərkəzinə edilən müraciətlər əsasında ünvanlara daha tez, rahat getmək və kömək göstərilməsi işlərini operativ icra etmək üçün ödənişsiz taksi xidmətindən istifadə olunur.

Müraciət üçün: 142 Çağrı mərkəzi (İş saatı həftə içi hər gün 10:00 - 16:00)
Qobustan rayonu üzrə: (020) 2452230

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031