Cəmİyyət

BŞDYPİ erməni təxribatı barədə xəbərdarlıq etdi – Terror ehtimalı

BŞDYPİ erməni təxribatı barədə xəbərdarlıq etdi – Terror ehtimalı

 

Bakı Şəhər Dövlət Yol Polisi idarəsi erməni terroru ilə bağlı əhaliyə xəbərdarlıq edib.


İdarədən Sfera.az-a verilən məlumatda insanları daha ayıq-sayıq olmağa çağırış edilib:


"Azərbaycan Respublikası Prezdientinin 27 sentyabr 2020-ci il tarixli fərmanı ilə Respublikanın bütün ərazilərində 2020-ci il 28 sentyabr saat 00:00-dan hərbi vəziyyət elan edilmiş, həmçinin həmin fərmana əsasən Respublikanın bir sıra şəhər və rayonlarında, o cümlədən, paytaxt Bakı şəhərində hərbi vəziyət dövründə saat 21:00-dan 06:00-dək komendant saatı tətbiq olunur.

 

Qeyd olunan dövr ərzində Ermənistan tərəfindən ölkədəki ictimai sabitliyi, təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terror aktları və təxtribatlar törədilməsi ehtimalı ilə bağlı dövlət təhlükəsizliyi orqanlarına məlumatlar daxil olub.

 

Bununla əlaqədar təşvişə düşmədən ayıq-sayıq olmanız, insanların sıx cəmləşdiyi ərazilərdə, ictimai nəqliyyatda, eyni zamanda rəhbərlik etdiyiniz idarə və təşkilatlarda, həmçinin mülkiyyətinizdə və istifadənizdə olan nəqliyat vasitələrində və ətrafında şübhəli şəxslər, bağlamalar və ya şübhə doğuran hər hansı bir əşya müşahidə edildikdə dərha DİN-in "102” xidmətinə, eləcə də yaxınlıqdakı polis orqanlarına və əməkdaşlarına məlumat verməyiniz xahiş olunur”.

 

 

Əzizə Zeynal

Sfera.az

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031