Sİyasət

"Bu Azərbaycanın Fransaya son ultimatumudur" - Minsk qrupundan çıxarılır?

"Fransanın Minsk qrupundan çıxarılması üçün Milli Məclis Hökumətə müraciət edib".
 
Sfera.az-ın məlumatına görə, bunu Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.
 
Politoloq qeyd edib ki, müraciətə Fransa parlamentinin yaxın günlərdə qərarından sonra baxılacaq: "ATƏT-in Minsk qrupu Fransa üçün çərçivədir. Əks təqdirdə Paris Dağlıq Qarabağım müstəqilliyini tanıya bilər. Ona görə tələsməyəcəyik". Z.Məmmədovun sözlərinə görə, Fransanın Minsk qrupundan çıxarılması məsələsinin gündəmə gətirilməsi Parisə son ultimatum və təzyiqdir.
 
 
Günay
Sfera.az

XƏBƏR LENTİ

«    May 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31