Dünya

"Bu, düşmənlərimizin sözləridir" - Xamneyi səs yazısı yayılan XİN başçısını tənqid etdi

İranın ali dini lideri Seyid Əli Xamneyi ölkənin XİN başçısı Məhəmməd Cavad Zərifin İranın xarici siyasətini və SEPAH komandanlığını tənqid edən səs yazısında yer alan ifadələrə münasibət bildirib. 
 
Sfera.az xəbər verir ki, Xamneyi "İnsan bu sözləri eşidəndə kədərlənir. Onların bəziləri düşmənlərimizin, ABŞ-ın sözlərinin təkrarıdır", - deyə qeyd edib.
Xamneyi Zərifin səs yazısını yayımlayan medianı "anti-İran və düşmən media" olaraq xarakterizə edib.

Ölkənin xarici siyasətinin bir çox ali qurum tərəfindən müəyyən olunduğunu bildirən Xamneyi dünyanın hər yerində Xarici İşlər Nazirliyinin qərar qəbul edən orqan deyil, icraçı orqan olduğunu diqqətə çatdırıb. 

İranın dini lideri ölkənin rəsmi şəxslərini böyük səhvlər etməməyə və ölkə düşmənlərini sevindirməməyə çağırıb.

İnci
Sfera.az


XƏBƏR LENTİ

«    May 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31