Cəmİyyət

Bu gündən avqustun 3-dək daha bir məhdudiyyət tətbiq ediləcək

Bu gündən avqustun 3-dək daha bir məhdudiyyət tətbiq ediləcək
 

Xüsusi karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi BakıCəlilabadGəncəMasallıMingəçevirSumqayıtYevlax şəhərlərində və Abşeron, BərdəGoranboyGöygölXaçmazSiyəzən və Şəki rayonlarının ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan olunub.

Bununla əlaqədar bu gün saat 00:00-dan 3 avqust saat 06:00-dək qeyd olunan ərazilərdə ictimai nəqliyyat işləməyəcək.

Bundan əvvəl xüsusi karantin rejiminin sərtləşdirildiyi ərazilərdə 4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək, 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək, 18 iyul saat 00.00-dan 20 iyul saat 06.00-dək və 25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək ictimai nəqliyyat işləməyib.

Qeyd edək ki, xüsusi karantin rejimi ilə əlaqədar Bakı metrosunun fəaliyyəti də dayandırılıb.


XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31