No image
Təhsİl

Bu il tələbə qəbulu hansı formada keçiriləcək? – Onlayn imtahan, yoxsa...

Bu il tələbə qəbulu hansı formada keçiriləcək? – Onlayn imtahan, yoxsa...

"Buraxılış və qəbul imtahanları dövrün tələbinə uyğun olaraq onlayn formada keçirilməlidir”.

 

Sfera.az-a açıqlamasında bu sözləri pandemiya şəraitində tələbə qəbulu və imtahan prosesinin necə keçirilə biləcəyinə toxunarkən təhsil eksperti Kamran Əsədov deyib.


Həmsöhbətimiz təəssüflə bildirdi ki, aydiyyatı qurumlar hələ də bu istiqamətdə planlarını açıqlamayıb: "Martın 3-dən etibarən orta və ali məktəblər bağlanıb. Burada buraxılış sinifləri və kurslarında oxuyanların problemlərinin həlli məsələsi daha çox diqqəti cəlb edir. Təəssüf ki, aydiyyatı dövlət qurumları bu istiqamətdə planlarını hələ də açıqlamayıb. Ona görə açıqlamayıblar ki, Nazirlər Kabineti yanında Operativ Qərargah dərsin nə zaman başlanacağını planlaşdırmayıb. Operativ Qərargah ardıcıl olaraq dördüncü dəfə tədrisin başlama müddətini uzadıb. Odur ki, dövlət qurumları məsələn, dərslərin iyunda başlanacağı təqdirdə nə olacağı, yaxud başlamayacağı təqdirdə nə olacağı ilə bağlı planlarını açıqlamalı idi. Yəni, atmalı olduğumuz addımları açıqlamalı idi. Ancaq hələlik bu istiqamətdə heç bir iş görülməyib”.


K. Əsədov qeyd etdi ki, bütün hallarda tələbə qəbulunu, imtahanları həyata keçirmək üçün problemdən çıxış variantları mövcuddur: "İmtahanlar bütün hallarda keçiriləcək, ancaq noyabrda, dekabrda keçirilə bilməz. 30 illik müstəqillik dövründə ölkənin alternativ imtahan keçirmə üsul və vasitələri yoxdursa, deməli bu müddət ərzində heç nə etməmişik. İstər Dövlət İmtahan Mərkəzi, istərsə də Təhsil Nazirliyinin "alternativ imtahan keçirə bilmərik” kimi bəhanəsi onların fəaliyyətsizliyinin göstəricisi olardı. İmtahanların keçirilməsi üçün birinci qayda onlayn imtahanlardır. Bu zaman proqram təminatını həll etməklə imtahanların tam təhlükəsizlik həyata keçirilməsi mümkündür. Aydındır ki, heç də bütün şagirdlərin kompüteri, interneti yoxdur. Ancaq onu da kompüter və internet otağı olan məktəblər vasitəsilə həll etmək olar. Deməli hər bir şagirdi onlayn imtahana cəlb etmək mümkün olacaq. Bu imtanahlarda IX-XI-ci sinifi bitirənlər iştirak etdiyindən hər bir məktəbin payına prosesdə iştirak edənlərin sayı baxımından ciddi rəqəm düşməyəcək. Onsuz da aprelin 27-dən repetitorların fəaliyyətinə icazə verilib. İkincisi, imtahanlar hər bir məktəbdə müəyyənləşmiş vaxt çərçivəsində keçirilə bilər”.

 

Ekspertin sözlərinə görə, bu il imtahanların onlayn formada keçirilməsi zəruri və dövrün tələbidir: "Bütün hallarda ya buraxılış, ya da qəbul imtahanı səviyyəsində Azərbaycan bu il onlayn imtahanı görəcək. Bu zəruridir, dövrün tələbidir. 1992-ci ildə test imtahanına keçdiyimiz kimi, pandemiya dövründə də onlayn formada yeni imtahan modelinə keçməyimiz labüddür. Düşünürəm ki, aydiyyatı dövlət qurumları bu istiqamətdə texniki işləri görüb”.

 

Elçin

Sfera.az

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930