Dünya

Bu məhsulların marketlərdə satışı QADAĞAN EDİLDİ - Türkiyədə

Bu məhsulların marketlərdə satışı QADAĞAN EDİLDİ - Türkiyədə
Türkiyədə bəzi məhsulların satışına qadağa qoyulub.
 
Sfera.az bildirir ki, bu barədə Türkiyə Daxili İşlər nazirliyi "Market tədbirləri” adlı sənədə düzəliş edib. Belə ki, 81 əyalətdə tətbiq olunacaq qərara əsasən, marketlərdə 7 maydan etibarən elektron mallar, oyuncaqlar, dəftərxana ləvazimatları, geyim ve aksesuarlar, ev əşyaları, avto aksesuarlar, bağ təchizatı, şüşə qablar və s. məhsulların satışına icazə verilməyəcək.

Bu qərarın tam qapanma zamanı marketlərdə sıxlıq yaranmaması üçün  qəbul edildiyi bildirilib. Məlumata görə, marketlərdə ancaq ərzaq məhsulları və təmizlik vasitələri ilə yanaşı, heyvan qidaları, kosmetik ləvazimatlar satıla biləcək.

Türkan
Sfera.az

XƏBƏR LENTİ

«    May 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31