Dünya

Bu ölkələrin vətəndaşları sərbəst hərəkət edə bilər - Avropa İttifaqından yeni TƏKLİF

Bu ölkələrin vətəndaşları sərbəst hərəkət edə bilər - Avropa İttifaqından yeni TƏKLİF
Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv ölkələrə səyahət məhdudiyyətinin aradan götürülməsi ilə bağlı təklif irəli sürüb.
 
Sfera.az xəbər verir ki, üzv ölkələr təklifi qəbul etdikləri halda, COVID-19 əleyhinə hər iki doza ilə peyvənd olunanlar məhdudiyyətsiz formada Avropa İttifaqı ölkələri arasında səyahət edə biləcəklər. 

Bu zaman sərbəst səyahət üçün Aİ tərəfindən təsdiqlənmiş peyvənddən istifadə etmək vacib şərt hesab olunacaq. Vaksinin ikinci dozasının vurulmasının üzərindən 14 gün keçməsi isə əsas tələblərdən biri olacaq.

Qeyd edək ki, Avropa İttifaqının bu günədək təsdiq etdiyi peyvəndlər BioNTech-Pfizer, Moderna, AstraZeneca ve Johnson and Johnson peyvəndləridir. Johnson and Johnson peyvəndi isə bir doza olaraq məqbul hesab olunur.

İnci
Sfera.az

XƏBƏR LENTİ

«    May 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31