Dünya

Bu ölkənin Müdafiə naziri koronavirusa yoluxdu

Bu ölkənin Müdafiə naziri koronavirusa yoluxdu
 Serbiyanın Müdafiə naziri Aleksandar Vulin yeni növ koronavirusa (COVID-19) yoluxub.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Serbiyanın Müdafiə Nazirliyi məlumat yayıb. 

"Müdafiə Nazirliyinin dövlət katiblərindən biri COVID-19-a yoluxduğu üçün xəstəxanaya yerləşdirildikdən sonra onun təmasda olduğu bütün şəxslər test edilib. Müdafiə naziri Aleksandar Vulinin testinin nəticəsi müsbət olub", - deyə Nazirliyin məlumatında bildirilir.

Məlumatda qeyd edilib ki, A.Vulinində COVID-19 infeksiyasının simptomları özünü göstərmir, lakin o, təcrid vəziyyətdədir və Müdafiə naziri kimi fəaliyyətini ev şəraitində davam etdirir.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031