No Image
No Image

Bu rayonlarda iki gün qaz olmayacaq

Bu rayonlarda iki gün qaz olmayacaq
Diametri 1 200 mm olan 'Mozdok-Qazıməmməd" yüksək təzyiqli magistral qaz kəmərində Qaz İxrac İdarəsi 2 gün ərzində təmir işləri aparacaq.

Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
 
Bildirilir ki, kəmərin 332 və 335-ci kilometrliyində korroziyaya uğramış 120 metrlik hissəsinin noyabrın 28 və 29-u tarixlərində mövcud şəbəkəyə birləşdirilməsi planlaşdırılır və bu zaman kəmərdə qazın nəqli müvəqqəti olaraq dayandırılacaq.

Bu müddət ərzində Xızı, Şabran, Siyəzən, Qusar, Quba və Xaçmaz rayonlarında həm əhali abonentlərinin, həm də qeyri-yaşayış sahələrinin qaz təchizatında fasilə yaranacaq. Bununla yanaşı, "Siyəzən Quşçuluq” fabrikinin qaz təchizatının alternativ mənbə olaraq "Yaşma-Siyəzən” qaz kəmərindən təmin edilməsi nəzərdə tutulur. Xaçmaz Regional qaz istismarı İdarəsindən verilən məlumata görə "Mozdok-Qazıməmməd" magistral qaz kəmərinin 339-423-cü kilometrliyində balon hissədə olan ehtiyat təbii qazın həcmi ilə adları çəkilən rayonlardakı həyati əhəmiyyətli obyektlərin müəyyən müddətə təbii qazla təmin olunmasına çalışılacaq.


Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda tələbə dəm qazından boğuldu - FOTO

Azərbaycan Texnologiya Universitetinin Mühasibat uçotu ixtisasının I kurs tələbəsi vəfat edib.   Sfera.az xəbər verir ki, Qazax rayonunun Daşsalahlı kənd...

Brayzadan önəmli mesajlar: ABŞ heç vaxt Qarabağı...

Konqresmen Adam Şiff Kaliforniya ştatında ABŞ-dakı erməni icmasının nümayəndələrinin yaşadığı bölgəni təmsil edir. O, həmişə erməni tərəfini dəstəkləyir. Lakin ...

Ermənilərin Qubadlının Saray kənd qəbiristanlığındakı vəhşiliyi - FOTO

Ermənistan ordusu Qubadlı rayonunun Saray kənd qəbiristanlığını dağıdıb. Sfera.az erməni vandalizminin daha bir nümunəsi olan həmin qəbiristanlıqdan fotol...

AMEA-dan işdən çıxan əməkdaşlarla bağlı açıqlama

AMEA Nəsimi adına Dilçilik İnstitutu "Qaynar xət"lə bağlı məsələyə aydınlıq gətirilib. İnstitutdan Sfera.az-a bildirilib ki, "Qaynar xət"də çalışan iki əm...

Vəkillər Kollegiyasına üzv olan hakimlərin adları açıqlandı

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında keçmiş hakimlərin üzvlüyə qəbul məsələsinə baxılıb. Sfera.az xəbər verir ki, toplantıda müsbət qərar veri...

Ağstafa Rayon İcra Hakimiyyətinə yeni kadr təyinatları - FOTO

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının aparatında növbəti kadr təyinatları olub. Sfera.az xəbər verir ki, Müşfiq Məmmədqulu oğlu Hüseynov başçının biri...