Cəmİyyət

Bu şəhər və rayon üzrə pensiyalar ödənilib

Bu şəhər və rayon üzrə pensiyalar ödənilib
 Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar artıq ödənilib.

Sfera.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, pensiya vəsaitləri həmin şəhər və rayonlarda qeydiyyatda olan pensiyaçıların hesablara köçürülüb.

Ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi  ilə əlaqədar olaraq, pensiyaçılar istənilən bankın bankomatlarından öz pensiyalarını əldə edə bilərlər. Bu zaman hər hansı bir faiz tutulmayacaq.  
 
Respublikanın digər rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların isə ayın 15-də ödənilməsi nəzərdə tutulub.

(apa.az)


XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930