Cəmİyyət

Bu şəxslərə BÖYÜK MÜJDƏ: 5 gün sonra... - RƏSMİ

Bu şəxslərə BÖYÜK MÜJDƏ: 5 gün sonra... - RƏSMİ
 Mayın 18-31-də xaricdə olan azərbaycanlılar xüsusi çarter reysləri ilə Azərbaycana gətiriləcək.

Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mayın 13-də Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı keçirilən brifinqində bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. "Evə gedirəm” portalına müraciət edən 540-dan çox Azərbaycan vətəndaşının Rusiyadan gətirilməsi təmin edilib. Digər ölkələrdən də çoxlu sayda Azərbaycan vətəndaşı ölkəmizə gətirilib. MDB və Avropa ölkələrindən Azərbaycana çarter reysləri həyata keçiriləcək.

H.Hacıyev bildirib ki, ümumilikdə indiyə qədər xaricdə olan 20 minə yaxın vətəndaş ölkəyə gətirilib.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930