Cəmİyyət

Büdcəyə dəyişiklik edilir

Büdcəyə dəyişiklik edilir
 
Neftin bir barelinin qiyməti 35$-dan götürüləcək.

Sfera.az xəbər verir ki, 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilir. Bununla bağlı qanun layihəsi Mili Məclisə daxil olub. Layihəyə əsasən büdcədə neftin bir barelinin qiyməti 35 dollara bərabər götürüləcək. hazırda büdcədə neftin qiyməti 55 dollardır. Millət vəkili, iqtisadçı Vüqar Bayramov hesab edir ki, qiymətin salınması gözlənilən idi.

Digər bir dəyişiklik isə xərclərlə bağlıdır. 2020-ci il dövlət büdcəsinin xərcləri 597 milyon manat artırılaraq 27 milyard 492 milyon 200 min manat həcmində proqnozlaşdırılır. gəlir 24 milyard 124 milyon manat olacaq.

pandemiyaya görə sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün əlavə 238 milyon, sahibkarlara dövlət dəstəyinin davam etdirilməsi üçün isə 100 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.(Real Tv)
 

XƏBƏR LENTİ

«    Noyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30