Sİyasət

“Bunun kimə nə dəxli var?” – Deputatlar karantin qaydalarını pozan həmkarına dəstək verdi

“Bunun kimə nə dəxli var?” – Deputatlar karantin qaydalarını pozan həmkarına dəstək verdi

"Bir epizoda görə məsələni bu qədər ictimailləşdirməyə ehtiyac yoxdur”.


Bu sözləri Sfera.az-a açıqlamasında 91 saylı Ucar Seçki dairəsindən deputat Ramil Həsənin bazar günü oğlu ilə gəzintiyə çıxaraq karantin qaydalarını kobud şəkildə pozması və bunu əks etdirən fotoları sosial şəbəkələrdə paylaşmasına münasibət bildirərkən deputat, İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı deyib:




"Parlamentin İntizam Kommisiyasına bununla bağlı hansısa məsələ daxil olmayıb. Daxil olsa Milli Məclisin nizamnaməsinə uyğun olaraq məsələyə baxılar. Düşünürəm ki, bir epizoda görə məsələni bu qədər ictimailəşdirməyə ehtiyac yoxdur.Ancaq bir halda ki, belə bir məsələ var, bununla bağlı Milli Məclisin nizam-intizam kommisiyasına hər hansı bir məlumat daxil olarsa, Azərbaycan Respublikasının Milli Məclisinin nizamnaməsinə uyğun olaraq ona münasibət bildiriləcək”.

 

 

 

"Bu onun şəxsi həyatıdır”


Bu sözlər isə İntizam komissiyasının üzvü, deputat Eldar İbrahimova aiddir:

 

"Bu barədə məlumatsızam. Xəbərim olmayan hadisə ilə bağlı nə deyim ki? Amma deputat da insandır, o da çıxa və gəzə bilər. Bu onun şəxsi həyatıdır. Bu olayla bağlı müəyyən material daxil olsa məsələyə baxmaq da olar. Amma Milli Məclisin İntizam komissiyasında məsələlər yalnız parlamentdaxili intizam qaydaları pozulduqda baxılır. Parlamentdə onun günahı olsa, bununla bağlı nəsə etmək olar. Şəxsi həyatdır, insan uşağı ilə gəzir. Bunun kimə nə dəxli var?”


Elçin

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31