Maraqlı

“Buz dövrü” barədə əsl həqiqət məlum oldu

“Buz dövrü” barədə əsl həqiqət məlum oldu
 Mamontlar və digər nəhəng heyvanlar vulkan püskürməsi nəticəsində yaranan soyuq iqlimə  görə məhv olublar. Buna qədər hesab olunurdu ki, temperatur dəyişikliyi Yerə meteoritin düşməsi ilə əlaqədardır.

Tədqiqatçılar Mərkəzi Texasdakı "Hall” mağarasında qazıntı işləri apararkən əvvəllər yerüstü təsir qalıqları ilə səhv saldıqları püskürmə əlamətlərini aşkarlayıblar. Elm adamları maddələrin biokimyəvi analizini aparıblar və onların içərisində yerdənkənar bir şey olmadığını müəyyən ediblər: Bunlar meteorit deyil, lava idi.

Beləliklə, çox güman ki, 13 min il əvvəl bir çox vulkanın püskürməsi səbəbindən Yer səthinin üstündə qatı suspenziya meydana gəlib, bu da günəş şüalarının keçməsinə imkan verməyib. Nəticədə buz dövrü yaranıb, ardınca isə heyvanlar məhv olub. (oxu.az)

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930