Hadİsə

Cəlilabadda avtomobil aşaraq körpüdən su kanalına düşdü, xəsarət alan var

Cəlilabadda avtomobil aşaraq körpüdən su kanalına düşdü, xəsarət alan var
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Sfera.az-ın məlumatına görə, hadisə Üçtəpə-Təzəkənd kənd yolunda qeydə alınıb.

Belə ki, "Prado" markalı minik avtomobilinin sürücüsü sərt döngədə nəqliyyat vasitəsinə idaretməni itirib. Nəticədə avtomobil su kanalına düşüb.

İlkin məlumata görə, qəza nəticəsində Salyan rayon sakini olduğu bildirilən sürücü xəsarət alıb. Ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. (report)

XƏBƏR LENTİ

«    May 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31