AKTUAL

Cəlilabadda koronavirusa yoluxan var? — AÇIQLAMA

Cəlilabadda koronavirusa yoluxan var? — AÇIQLAMA
 "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) İranın Məşhəd şəhərindən ziyarətdən gələn iki nəfərin koronavirusa yoluxma şübhəsi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
 
Sfera.az  xəbər verir ki, TƏBİB-dən "Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, ötən gün və əvvəlki günlərdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına koronavirus şühbəsi ilə xəstə gətirilməyib.
 

Qeyd edək ki, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır.

Məlumat üçün bildirək ki, İranda koronavirusdan 12 nəfər dünyasını dəyişib. Azərbaycan İranla sərhəd keçid məntəqələrində məhdudiyyət tətbiq edir.


XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930