Hadİsə

Cəlilabadda yol qəzası olub, yaralılar var - VİDEO

Cəlilabadda yol qəzası olub, yaralılar var - VİDEO
Cəlilabad rayonunda yol qəzası baş verib.

Sfera.az bildirir ki, hadisə rayonun Uzuntəpə yolunda qeydə alınıb.

Belə ki, rayon sakini Mehdiyev Məhərrəm Əvəz oğlu idarə etdiyi "VAZ-2101" markalı minik avtomobilini aşırıb.

Qəza nəticəsində sürücü və onun sərnişinləri Doduyev Anar Əlisahib oğlu və Ağayev Murad Zakir oğlu müxtəlif növ bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
 

 
(report)

XƏBƏR LENTİ

«    May 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31