Sİyasət

Cəmi 6 böyük kənd, sonra Laçın dəhlizinə yol açılır... - Ermənilərin təşvişinin səbəbi bilindi

Cəmi 6 böyük kənd, sonra Laçın dəhlizinə yol açılır... - Ermənilərin təşvişinin səbəbi bilindi
Bundan sonra cəmi 6 böyük kənd azad olunsa, artıq Laçının kəndləri gəlir...

Sfera.az bildirir ki, bunu Qarabağ veteranı olan politoloq Cümşüd Nuriyev bildirib. 

O, Hadrut qəsəbəsinin ordumuzun növbəti uğurlu əməliyyatları üçün strateji əhəmiyyəti haqda bunları qeyd edib:

"Azərbaycan Ordusu Hadrutun azad edilməsi əməliyyatını çox uğurlu, peşəkar və eyni zamanda səliqəli aparıb. Qəsəbədə bir evin pəncərəsi də sınmayıb. Çünki oraya artilleriya atəşi açılmayıb. Sadəcə, ətraf yüksəkliklər tutulub və yerli əhali dinc şəkildə ərazini tərk edib. Hadrutun yaxınlığındakı Sur kəndi də eyni qaydada azad olunub.  Onu deyim ki, Hadrutun  azadlığı Şuşaya, Laçına yolun açılmasıdır, Ağdamın, Xocalının xilasıdır, Xankəndinə birbaşa giriş deməkdir. Eyni zamanda, daha yaxın Xocavənd rayon mərkəzinin azad olunması deməkdir.

Ermənistanı narahat edən əsas bir məsələ də Hadrut üzərindəki məşhur strateji Ərgünəş yüksəkliyinin  götürülməsidir.  Bundan sonra cəmi 6 böyük kənd – Banazor, Zamzur, Mülküdərə,  Ağcakənd, Xintaqlar və  Domu kəndləri qalır. Onlar da azad olunduqdan sonra, artıq Laçının kəndləri gəlir və deməli, Laçın dəhlizinə – Şuşaya, Xankəndinə yol açılır...”.
 

Aysel
Sfera.az

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031