No Image
No Image

Ceyhun Bayramov Əfəndiyeva ilə görüşdü

Ceyhun Bayramov Əfəndiyeva ilə görüşdü
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, C.Bayramov Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bir dönəmdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, habelə Türk əməkdaşlıq təşkilatları, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəal şəkildə Azərbaycanın haqq mövqeyinə verdiyi dəstəyi məmnunluqla qeyd edib.

Nazir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini, eləcə də Fondla ölkəmizin əməkdaşlığının təqdirəlayiq olduğunu bildirib.

G.Əfəndiyeva rəhbərlik etdiyi beynəlxalq təşkilatın fəaliyyəti, o cümlədən həyata keçirdiyi müxtəlif layihələr barədə ətraflı məlumat verib.

G.Əfəndiyeva Fondun bir sıra nəşrlərini, eləcə də böyük şair Abay Kunanbayevin 175 illiyi və dahi bəstəkar Üzeyir Hacıbəyovun 135 illiyinə həsr olunmuş, Fondun himayəsi altında İspaniyada işıq üzü görən markaları nazir Ceyhun Bayramova təqdim edib.

Görüş zamanı həmçinin Azərbaycan Respublikası ilə Fond arasında ikitərəfli əməkdaşlıq məsələlərinin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bayramov Fransanın dövlət katibi ilə görüşdü

Yanvarın 26-da Xarici İşlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Avropa və xarici işlər naziri yanında turizm, xaricdəki fransızlar və frankofoniya məs...

Politoloq: "Ölkəmiz Njdenin abidəsini darmadağın etmək gücünə malikdir"

Ermənilər Ağdərədə faşist ideologiyasına xidmət edən Qaregin Njdenin heykəlini açmağa hazırlaşırlar. Sfera.az xəbər verir ki, bu barədə məlumat Telegram k...

AŞPA-nın Qarabağ qətnaməsinə XİN-dən – REAKSİYA

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq komitəsinin 2020-ci il üzrə hesabatında Qarabağla bağlı qəbul etdiyi qətnamədə Ermənistan və Azərbayca...

Ekspert yeni nazirdən danışdı: "Uzun müddət onun rəhbərlik etdiyi şöbə..."

Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz nəqliyyat, rabitə və yüksək texnol...

Prezidentin İşlər İdarəsinə hansı əmlaklar və təşkilatlar tabedir? - SİYAHI

Ramin Quluzadənin rəhbərlik edəcəyi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə tabe olan təşkilatlar var. Sfera.az həmin qurumların siyahısını ...

Faiq Quliyev yaponiyalı həmkarı ilə görüşdü

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev yaponiyalı həmkarı İmamura Akira ilə görüşüb. Sfera.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən...