Dünya

COVID-19 pandemiyası üç il davam edəcək: İran Səhiyyə Nazirliyindən qorxunc proqnoz...

COVID-19 pandemiyası üç il davam edəcək: İran Səhiyyə Nazirliyindən qorxunc proqnoz...
Sfera.az Moderator.az-a istinadən bildirir ki, Koronavirus pandemiyasının daha iki-üç il davam edə biləcəyi haqqında İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari xəbər yayıb.
 
"Əvvəlki pandemiyaların  təcrübəsini nəzərə alsaq,  yeni yaranan COVID-19 pandemiyası  daha iki-üç il ərzində  dünyanı bürüyəcək"- xanım sözçü deyib.
 
"COVID-19-un ilk dalğası (yayılması) İranda davam edir. Geniş coğrafiyanı və müxtəlif iqlimləri nəzərə alaraq, ölkənin müxtəlif bölgələri və vilayətləri epidemiyanın ilk dalğasının müxtəlif mərhələlərindədir "- deyə Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib.
 
O, son vaxtlar xəstələnmə statistikasının artmasının səbəbini ölkədə yeni infeksiyaların  daha aktiv şəkildə aşkarlanması ilə əlaqəli olduğunu söylədi. Bundan əlavə, onunsözlərinə görə, isti iqlimi olan ərazilərdə yerli sakinlər COVID-19 təhlükələrinə az əhəmiyyət verdilər, buna görə də tibbi qaydalara daha az əməl etdilər.
 
Bu ərazilərə Xuzistan və Hormozgan, yəni ən əlverişsiz epidemioloji şəraiti olan "qırmızı" vilayətlər daxildir.
 
Ayrıca olaraq o, Dünya Səhiyyə Təşkilatının proqnozlarına istinadən koronavirusun ikinci dalğasının yayılma ehtimalına diqqət çəkərək, ölkənin ən pis vəziyyətləri hesablamağa ehtiyac olduğunu qeyd edib

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031