İdman

Daha bir güləşçimiz Ermənistan idmançısını Avropa çempionatında məğlub etdi

Daha bir güləşçimiz Ermənistan idmançısını Avropa çempionatında məğlub etdi

İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında daha bir güləşçimiz erməni idmançısına rəqib olub.

Sfera.az oxu.az-a istinaddla xəbər verir ki, üçqat Avropa çempionumuz, Olimpiya və dünya mükafatçımız Cəbrayıl Həsənov 1/8 finalda Rumıniyanı təmsil edən dağıstanlı güləşçi Ömərasxab Najmuddinovla qarşılaşıb.

Gərgin keçən görüş 8:8 hesabı ilə başa çatıb. Qələbə isə Cəbrayıla verilib.

 

Onun 1/4 finaldakı rəqibi Ermənistan idmançısı Arman Avaqyan olacaq.

Qeyd edək ki, bu gün start verilən sərbəst güləşçilərin yarışında son Avropa çempionatının finalçısı Ağahüseyn Mustafayev (70 kq) ilk görüşündə Ermənistan idmançısı Qevorq Mxeyanı 15:8 hesabı ilə məğlub edib.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031