AKTUAL

Daha bir icra başçısının MİLYARDLIQ SƏRVƏTLƏRİ ÜZƏ ÇIXDI - ŞOK SİYAHI

Daha bir icra başçısının MİLYARDLIQ SƏRVƏTLƏRİ ÜZƏ ÇIXDI - ŞOK SİYAHI
 Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun sərvəti ilə bağlı şok siyahı yayıb.

Sfera.az xəbər verir ki, o, bunları deyib: "Vilyam Hacıyevin hüdudsuz sərvəti ortaya çıxanda düşündüm ki, seçkilər zamanı Qazaxın icra başçısı Rəcəb Babaşovun da qanunsuz əldə etdiyi və mənə bəlli olan əmlakı haqqında yazım. Bəlkə onun qapısını da DTX döyər.

Sakinlərin dediyinə görə, əksər kəndlərin torpaq ərazilərini qohumu Elşən Babaşovun adına rəsmiləşdirib. Onun adına MMC də açıb. Buna görə də suvarma suyu sadə kəndliyə gedib çatmır, yalnız öz əraziləri üçün istifadə edir.

Bundan başqa, Bakının 20 sahə deyilən ərazisində mebel fabriki var.

Sabirabad rayonunda da çoxsaylı fermaları var. Qazaxdakı ərazilərindən yığdığı otu bu rayona göndərir. Yəni biznesi hərtərəflidir.

Bir neçə il əvvəl isə mediada Rəcəb Babaşovun sərvətinin siyahısı verilib və təkzib edilməyib. Maraqlı olar deyə, onları da təqdim edirəm:
– Sabirabad Rayonunun Qaralar kəndindəki iqamətgahı iki milyon manat;
– Bayıldakı Aran restoranı, Aran kafesi; "077-lər” adlı avtoyuması;
– Bakının Fatmeyi kəndindəki 5 milyonluq iqamətgahı;
– əlavə olaraq Bakıda 4 evi; o cümlədən Türkiyə və Almaniyada milyardlarla dövriyyəsi olan biznesi;
– ən ucuzu 200 min ABŞ dolları olan 10 ailə avtomobili.
P.S. Birini də bu günlərdə alıb - 450 minə, nömrəsi də 077-dir".
 
(azsabah.com)

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031