Dünya

Dəhşətli virus daha bir ölkəyə çatdı

Dəhşətli virus daha bir ölkəyə çatdı
 

Çinin Uhan şəhərində ilk olaraq 12 dekabrda rast gəlinən koronavirusa (Covid-19) yoluxma hallarına İraqda da rast gəlinib.

Sfera.az  xəbər verir ki, bu barədə İraqın Nəcəf şəhərinin Səhiyyə İdarəsinin rəhbəri Rizvan Kindi məlumat verib.

Məlumata görə, Nəcəf şəhərində iranlı tələbədə virusa yoluxma halı dəqiqləşib.

Tələbə xəstəxanaya yerləşdirilib və karantinə alınıb.

Qeyd edək ki, "Covid-19" İraqdan başqa üç ölkəyə də yayılıb. Ölkələrin rəsmi açıqlamalarına görə, ölümcül virusa insanlar Əfqanıstan, Bəhreyn və Küveytdə də yoluxub.


XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930