No Image
No Image

Deksametazon, antibiotiklər əvəzinə bunları edin — Koronavirusdan sağalan deputatdan tövsiyə

Deksametazon, antibiotiklər əvəzinə bunları edin — Koronavirusdan sağalan deputatdan tövsiyə
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb üzrə elmlər doktoru, ürək-damar cərrahı Rəşad Mahmudov ona ünvanlanan çox sayda suallara cavab verən həkim koronavirusdan müalicədə əsas nələrə diqqət yetirməyin lazım olduğunu açıqlayıb: "Ölkənin koronavirus üçün ayrılmış ən yaxşı xəstəxanasında işləməyimə, ağciyərlərimin tutulmasına və onun müəyyən bir hissəsinin pnevmoniya olmasına, xəstəliyin yarada biləcəyi bütün xüsusiyyətlərin halsızlıq, şiddətli ağrılar, dad və iybilmə duyğusunun itməsinə, ciddi baş ağrısı və digər problemlər yaşamağıma baxmayaraq, ev şəraitində qripin bizə diktə etdiyi sadə üsullardan istifadə etdim.

Bol maye və çay qəbul etdim, eyni zamanda bal, mürəbbələr və təbii qidalardan istifadə etdim. Bunlarla yanaşı ölkəmizdə çox rahat tapılan sadə antiviral dərmanların erkən dönəmdə istifadəsi vacibdir. Yüksək hərarət olduqda isə parasetamol, vitamin C istifadə etməklə və yataq istirahəti ilə bu xəstəliyin öhdəsindən gələ biləcəyimə inanırdım. İnanıram ki, bütün insanlar sadə yanaşsalar, bu xəstəlikdən canlarını qurtara bilərlər.

Virusun ən çox istədiyi məqam insanların stress və qorxuya düşməsidir. Tövsiyə edirəm ki, heç bir insan qorxuya və stressə düşmədən immun sistemini möhkəm tutmağa çalışsın. Eləcə də insanların lazımsız yerə xəstəxanalara axın etməsi bu virusun özündən böyük təhlükələr yaradır. Odur ki, sadə şikayətlərə görə xəstəxanada yatmağı doğru qəbul etmirəm və bu, gün keçdikcə dünya tibbi tərəfindən bir daha təsdiqlənir. Xəstəxanalara sadəcə oksigen müalicəsi üçün getmək tövsiyə oluna bilər, onun xaricində xəstəxanalara üz tutmaq bizə faydadan çox ziyan gətirəcək.

Lazımsız müalicələrin bu xəstəlikdən əziyyət çəkən və ağırlaşan xəstələrin anemnezində daha çox problem yaratdığını görürük. Yəni xəstəliyin ilkin mərhələlərində virus olmasına baxmayaraq, superinfeksiya olmadan antibiotiklərin kontrolsuz və nəzarətsiz istifadəsi, "Deksametazon" kimi immun supressiv müalicənin insanlar tərəfindən kütləvi şəkildə istifadəsi əks göstərişlər verir. Odur ki, bu dərmanlardan həkim nəzarəti olmadan qətiyyən istifadə etmək olmaz. Bu gün ağırlaşmaların ən böyük səbəbi də bu dərmanlardır".

Həkim vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, vaxtında antiviral terapiya və özümüzə diqqət etməklə virus bir həftə, 10 gün içində keçib gedəcək və heç bir iz qoymayacaq xəstəlik olacaq. /Milli.az
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Gecələr tez-tez oyanmaq təhlükəli xəstəliyin əlaməti ola bilər

Gecələr tez-tez oyanmaq qalxanabənzər vəzin, tənəffüs yolları və ürək-damar sistemi daxil olmaqla bir sıra orqanların işindəki problemlərlə əlaqələndirilə bilər...

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son sutka ərzində koronavirusdan 144 nəfər dünyasını dəyişib, 723-ü simptomatik olmaqla 5856 pasiyent COVİD xəstəsi kimi qeydiyyata alınıb.  ...

Türkiyədə “Sputnik V” peyvəndi istehsal ediləcək

Rusiya Birbaşa İnvestisiyalar Fondu (RBİF) Türkiyənin aparıcı əczaçılıq şirkətləri ilə "Sputnik V” peyvəndinin istehsalına dair saziş imzalayıb. Sfera.az ...

Gecəyarı qəfil yuxudan oyansanız, bunları etməyin

Yəqin ki, çoxunuz gecə yarı yuxudan oyanır, ya su içir, ya yemək yeyir, ondan sonra qətiyyən yuxuya gedə bilmirsiz. Bir çoxları isə gecənin səssizliyində əsəbl...

Peyvənddən sonra immunitet neçə gün müddətində yaranır?

Koronavirus infeksiyasına qarşı immunitet peyvənd olunduqdan 32-45 gün sonra yaranır. Sfera.az xəbər verir ki, bunu "Rospotrebnadzor”un Mərkəzi Tədqiqat E...

Daha 280 nəfərdə koronavirus aşkarlandı

Azərbaycanda son sutkada koronavirusa 280 yeni yoluxma faktı qeydə alınıb, 632 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Sfera.az-a Nazirlər Kabineti yanı...