No image
AKTUAL

Dəmiryolçuların müharibə illərində göstərdikləri fədəkarlıqdan bəhs edən videoçarx təqdim edildi - VİDEO

Dəmiryolçuların müharibə illərində göstərdikləri fədəkarlıqdan bəhs edən videoçarx təqdim edildi - VİDEO
 Bu gün faşizm üzərində qələbədən 75 il ötür. Ölkənin dəmir yolları faşizm üzərində qələbənin əldə edilməsində böyük rol oynayıb.

Sfera.az xəbər verir ki, bu məqsədlə "Azərbaycan Dəmir Yolları" QSC faşizm üzərində qələbənin əldə edilməsində böyük rol oynamış dəmir yolunda çalışanlar barədə videoçarx hazırlayıb.

Videoçarxda  ölkənin dəmir yollarının həmin çətin dövrdə belə böyük vəzifənin öhdəsindən layiqincə gəldikləri vurğulanır. Müharibənin çətinliklərinə baxmayaraq, dəmir yollarında çalışanların peşələrinə sadiqliyi və iradələri sayəsində belə həlledici işin öhdəsindən gələ biliblər. Həmin dövrdə əsas nəqliyyat vasitəsi dəmir yolu idi.

Bildirilib ki, ön cəbhədə qələbəni təmin etmək üçün arxa cəbhədə güclü təminat lazım idi. 1941-1945-ci illərdə Bakıdan cəbhəyə 75 milyon ton neft yanacağı göndərilib, benzin və sürtgü yağlarına olan tələbatın 75-90 faizi Bakı nefti sayəsində ödənilib.  Ölkənin dəmir yolları vasitəsilə isə əsasən neft və neft məhsulları daşınıb. 

Ümumilikdə, videoçarx həmin dövrdə vəzifələrinin öhdəsindən layiqincə gələn dəmir yollarında çalışanalara həsr edilib. Həmin videoçarxı təqdim edirik.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930