İqtİsadİyyat

Ödənişləri indi üzüklə də aparmaq olar

Ödənişləri indi üzüklə də aparmaq olar
 
Fevralın 12-də Bakıda keçirilən "Visa Cashless Forum”da Azərbaycan
Beynəlxalq Bankı ölkəmiz üçün bir ilk olan növbəti innovativ yeniliyini
müştərilərinə təqdim edib. Bu, Ring Pay ödəniş üzükləridir. Belə ki, artıq nağdsız
ödənişləri digər vasitələrlə yanaşı, barmaqdakı üzüklə də təmassız qaydada
həyata keçirmək olar.
Azərbaycan Beynəlxalq Bankının, VISA beynəlxalq kart təşkilatının,
İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin, eləcə də Azərbaycan
Banklar Assosiasiyasının dəstəyi ilə "Gələcəyə doğru hərəkət” mövzusunda
təşkil olunmuş "Visa Cashless Forum”da Ring Pay ödəniş üzüklərinin özəllikləri
barədə iştirakçılara ətraflı məlumat verilib.
Üzük adi plastik bank kartının bir çox funksiyalarını yerinə yetirir. VISA
kartları ilə təmassız ödəniş aparmağın mümkün olduğu əksər yerlərdə bu
üzüklərdən istifadə edib ödənişləri qısa zamanda həyata keçirmək mümkündür.
Ödəniş aparan zaman üzüyün üst hissəsini POS terminala yaxınlaşdırmaq
kifayətdir. Bu zaman ödəniş əməliyyatı cəmi 1-2 saniyə ərzində başa çatır. Üzük
su keçirmədiyindən onu ağır zərbələrdən, kimyəvi maddələrin təsirindən
qorumaqla həmişə barmaqda gəzdirmək olar. Ring Pay ödəniş üzüyünü yaxın
günlərdə şəxsiyyət vəsiqəsi ilə Azərbaycan Beynəlxalq Bankının yaxınlıqdakı
istənilən filial və ya şöbəsindən əldə etmək mümkündür.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir
Həbibullayev bildirib: "Ring Pay ödəniş üzükləri təmassız NFC texnologiyası
əsasında hazırlanmış yeni bank məhsuludur. Azərbaycan Beynəlxalq
Bankının ölkəmizdə ilk dəfə tətbiq etdiyi bu innovativ yenilik nağdsız
ödənişləri daha da asanlaşdıracaq. Ümidvarıq ki, müştərilərimiz bu
üzüklərdən məmnuniyyətlə istifadə edəcək və belə maraqlı təcrübəni
başqaları ilə də bölüşəcəklər”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və
xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az
internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930