AKTUAL

Deputat Bəhruz Məhərrəmov seçicilərinə təşəkkür etdi

Deputat Bəhruz Məhərrəmov seçicilərinə təşəkkür etdi
66 saylı Biləsuvar seçki dairəsindən deputat seçilmiş Bəhruz Məhərrəmov seçicilərinə təşəkkür edib.
 
Sfera.az onun sosial şəbəkə hesabından seçicilərinə ünvanladığı paylaşımı təqdim edir:
 
Əziz dostlar,
Dəyərli seçicilərimiz,
Seçki marafonu tamamlandı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı ilə 9 fevral növbədənkənar parlament seçkilərinin nəticələri təsdiqləndi.
Ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi, demokratik mühitin, vətəndaş cəmiyyətinin qurulmasının, yeni islahatlar dövrünün davamlılığının təminatçıları olan ölkə prezidenti cənab İlham Əliyev və I Vitse -prezidentimiz Mehriban xanım Əliyeva başda olmaqla bu prosesdə əziyyəti keçən, zəhməti olan hər kəsə, ələxsus da Biləsuvar insanına minnətdaram!
Beləliklə seçki prosesi bitdi, artıq sözdən əmələ, vəddən fəaliyyətə keçməyin vaxtıdır. Həqiqətən görüləcək çox iş var. Texniki prosedurlar bitən kimi, yaxın günlərdə rayona gələcəyik, təşviqat kampaniyası zamanı söz verdiyimiz kimi, bütün kəndlərdə görüşlərimiz nəzərdə tutulur. Görüşmək ümidi ilə.
Yolumuz uzundur, bu yolda hamımıza uğur olsun!

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930