Müsahİbə

Deputat Madər Musayev: "Mən oliqarx deyiləm" -MÜSAHİBƏ

Deputat Madər Musayev:
 
VI çağırış Milli Məclisin deputatı Madər Musayevin "Report”a müsahibəsi

- Milli Məclisə seçkilər sizin üçün necə keçdi?

- Əvvəla onu qeyd edim ki, seçki ağır bir proses olmaqla yanaşı, həm də təkrar namizədliyini irəli sürmüş deputatın seçici qarşısında imtahanıdır. Mən seçkiləri təxminən buna bənzədirəm. Yəni, hər beş ilin sonunda təkrar seçkidə iştiraka qərar veririksə, deməli, həm də seçici qarşısında imtahan veririk. İkincisi, əvvəlki seçkilərdə olduğu kimi, 9 fevral tarixində ölkəmizdə keçirilən növbədənkənar parlament seçkilərində də gərgin işlədik. İmzaların toplanılmasından tutmuş təbliğat-təşviqat dövrünün sonunadək bütün prosedurların obyektiv, qanuni həyata keçirilməsinə çalışdıq. Seçki Məcəlləsinin bütün tələblərinə qüsursuz əməl etdik. Səlahiyyətli nümayəndəm, 10 vəkilim və Seçki Qərargahımın çoxsaylı üzvləri ilə birgə ortaya nümunəvi iş qoyduq. Dedi-qodudan, "qara piar”dan uzaq, heç kimin bostanına daş atmadan öz işimizlə məşğul olduq. Gecə-gündüz demədən çalışdıq, Seçki Qərargahımız sutkanın 15-16 saatını işləyirdi. Ərazi tanış olduğu üçün o qədər də çətinlik çəkmirdik. Amma buna baxmayaraq hər yeni seçki, həm də yeni yanaşma tələb edir. Allaha şükürlər olsun ki, məqsədimizə də nail olduq. Sizin vasitənizlə bu prosesdə mənə dəstək olan hər kəsə, xüsusən də seçicilərimə bir daha təşəkkürümü bildirirəm.

- Adınız çəkiləndə qarşısında "Hacı" sözü də işlədirlər: "Hacı", "Hacı Madər" və s. İnsanlar sizi daha çox necə tanıyırlar?

- Ad insanla bərabər doğulur, titullar isə sonradan qazanılır. Titullarım dövlət və xalq qarşısında fəaliyyətimin məhsuludur. Heç zaman haqq etmədiyimə iddia etməmişəm. Ağlım kəsəndən çalışmışam, çətinliklərdən qorxmamışam. Etiraf edim ki, insanların böyük əksəriyyət məni "Hacı Madər” kimi tanıyır. Bu, onların seçimidir və hörmətlə yanaşıram.

- Bəzən deputatlar gileylənirlər ki, məmurlar onların irad və təkliflərinə məhəl qoymur. Siz necə düşünürsünüz?

- Konkret kim nədən gileylənir bu barədə heç nə deyə bilmərəm, amma mənim belə bir problemim yoxdur. Müraciət etdiyim məmur da bilir ki, irəli sürdüyüm təklif və ya həllinə çalışdığım problem şəxsi deyil, seçildiyim ərazi və orada yaşayan insanlar üçündür. Hər bir deputat kimi mən də çalışıram ki, cənab Prezidentin həyata keçirdiyi islahatlara ən azı seçildiyim dairənin hüdudları daxilində dəstək verim, qaldırılan problemləri yerində həll edim. Bunun üçün də məmurlarla təmasda olmaq, onlara müraciət etmək tələb olunur. Etiraf edim ki, bu prosesdə də heç bir problemlə qarşılaşmıram.

- Dostluq etdiyiniz müxalifət nümayəndələri varmı?

- Dövlətini, millətini sevən, Prezidentin siyasətini birmənalı dəstəkləyən hər kəs mənim dostumdur.

- İddia edirlər ki, şəhərdə "012” ilə olan bütün avtomobillər sizə və yaxınlarınıza məxsusdur...

- İdarə etdiyim avtomobilin nömrə nişanı "012”dir. Amma şəhərdə şütüyən bütün "012”lərin mənə və yaxınlarıma məxsus olması iddiası doğru deyil. Bu, heç fiziki cəhətdən də mümkün deyil axı. Yəni iddialar həmişə var və bundan sonra da olacaq. İnsanların ağzını tikə bilmərik, qoy yazsınlar, danışsınlar, yəni açığını deyim ki, bu söz-söhbətin mənə heç ziyanı yoxdur, əgər bu yalanları yazmaqla onlar xoşbəxt olurlarsa, qoy olsunlar, niyə mane olaq ki? Amma gəlin etiraf edək ki, ağlı başında olan adam necə deyə bilər ki, şəhərdə "012” nömrə nişanı ilə olan bütün avtomobillər Hacı Madərə məxsusdur?!

- Övladlarınız hansı işlə məşğuldur?

- Böyük oğlum heç bir yerdə işləmir, bir obyekti var, onu da dükan kimi icarəyə verib. Kiçik oğlum isə "Azərsu” ASC-nin "Birləşmiş Sukanal” MMC-də çalışır. Hər ikisi ailəlidir, kənddə yaşayırlar.

(report)

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031