Cəmİyyət

Deputat seçicilərinə müraciət etdi

Deputat seçicilərinə müraciət etdi

54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizəd olan Sadiq Qurbanovun deputatlığı rəsmən təsdiqlənib. Bu münasibətlə o, seçicilərinə müraciət edərək, ona verdikləri dəstəyə görə təşəkkürünü bildirib.


Sfera.az-ın məlumatına görə, Sadiq Qurbanov özünün şəxsi sosial şəbəkə hesabında yazıb:


"Əziz Şabranlılar və Siyəzənlilər!


Bildiyiniz kimi, bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib və nəticələrə əsasən 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib.

 

Sağ olun ki, məni 5 il müddətində Sizə millət vəkili kimi xidmət göstərməyə, parlamentin qanuni yaradıcılıq prosesində təmsilçiniz olmağa, xalqımızın rifahı naminə ölkə rəhbərinin apardığı siyasətə dəstək olmağa layiq bildiniz!


Mənə göstərilən etimada görə hər kəsə bir daha öz dərin təşəkkürümü bildirirəm!

 

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930