Cəmİyyət

Deputatdan ictimai nəqliyyatın yükünün azaldılması ilə bağlı təklif

Deputatdan ictimai nəqliyyatın yükünün azaldılması ilə bağlı təklif
 Ölkə ərazisində karantin rejiminin sərtləşdirilməsi ilə metropolitenin fəaliyyəti dayandırıldı və bütün sərnişin axını avtobuslara yönəldi. Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən marşrut xətlərindəki avtobus sayının artırılmasına, eləcə də metro stansiyaları arasında fəaliyyət göstərən ekspres marşrut xətlərinin buraxılmasına baxmayaraq, pik saatlarda avtobus salonlarında müəyyən sıxlıqlar müşahidə olunur.

Məsələ ilə bağlı "Report”a açıqlama verən Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, bunun qarşısını almaq üçün həm birbaşa marşrutların sayı artırılmalıdır, həm də hər bir təşkilatın özünəməxsus nəqliyyat vasitələrindən istifadə olunmalıdır:

"Məhdudiyyətlərin tətbiqində ən mühüm məsələlərdən biri də nəqliyyatdır. Son zamanlar Bakı Nəqliyyat Agentliyi gücü nəyə çatırsa, bu proseslərdə iştirak edir. Əsas məsələ ondan ibarətdir ki, metronun bağlanması nəqliyyatın yükünü daha da artırıb. Buraya insanların eyni saatlarda işə getməsi və iş vaxtının bitməsini daxil etdikdə nəqliyyatdan istifadə edənlərin sayının kəskin artdığını görə bilərik. Bu da yoluxmalar üçün şərait yarada bilər. Bunun qarşısını almaq üçün həm birbaşa marşrutların sayı artırılmalıdır, həm də hər bir təşkilatın özünəməxsus nəqliyyat vasitələrindən istifadə olunmalıdır. Əks halda, BNA nə qədər yüksək səviyyədə işləsə də, bu proseslərdə yoluxmaya mane ola bilməyəcək. Metropolitenin işləməməsi, iş vaxtlarının eyni saatlarda olması ən böyük problemlərdən biridir. Bu gün artıq BNA tam gücü ilə işləyir. Lakin elə məsələlər var ki, bu, onlardan asılı deyil və bu məsələlər yoluxma sayına təsir göstərə bilər”.

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31