Cəmİyyət

Deputatdan vətəndaşların maska ilə bağlı cərimələnməsinə etiraz

Deputatdan vətəndaşların maska ilə bağlı cərimələnməsinə etiraz
 "Cərimələr layihədə nəzərdə tutulandan ən azı 2 dəfə aşağı olmalıdır”.

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib. O bildirib ki, burada aztəminatlı ailələr, pensiyaçılar var:

"İndiyə qədər on minlərlə insan cərimələnib, bundan sonra da cərimələnəcək. Yaxşı olardı ki, bu cərimələr Koronavirusla Mübarizə Fonduna köçürülsün. Təkcə cərimələrin miqdarını artırmaqla problemi həll etmək mümkün deyil”.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031